haberL haberR

İŞİD "ASO"nun nəzarətində olan 11 kəndi işğal etdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 12.04.2016 10:36:10

İŞİD terror qruplaşması Hələb əyalətində 11 kəndi işğal edib

İslamazeri.az-ın "Əl Məyadeen"ə istinadən verdiyi xəbərə görə, İŞİD terrorçuları Hələbin şimalında, Türkiyə sərhədinə yaxın 11 kəndi işğal edib. Bu haqda məlumatı "Əl Məyadeen" telekanalı yayıb.

Telekanalın verdiyi məlumata əsasən kəndlər İŞİD-in əlinə keçməmişdən əvvəl “Azad Suriya ordusu” terror qruplaşmasının nəzarətində olub.

Qeyd edək ki, bir müddət əvvəl Suriya ordusu, Hələbin cənubunda yerləşən əl-İis qəsəbəsinə terrorçuların etdiyi hücümun qarşısına ala bilib. Əl-İis qəsəbəsi Dəməşq-Hələb magistralının yanında yerləşir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.