haberL haberR

İŞİD avropalı xüsusi-xidmət orqanlarının fikrini yayındırmaq üçün mini terror aktlarından istifadə edir

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.07.2016 12:01:23

"Biz bilirik ki, bu hücumlardan bir neçəsinin həyata keçirilməsinin arxasında komandanlıq və nəzarət sistemi mövcuddur."

İslamazeri.az-ın RT-yə istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatının liderləri avropalı xüsusi-xidmət orqanlarının fikrini hazırlanan böyük aksiyalardan yayındırmaq üçün kiçik terror-aktları təşkil edirlər. ABŞ hakim dairəsinin nümayəndəsi bu haqda "The Wall Street Journal"-a danışıb.

“Biz bilirik ki, bu hücumlardan bir neçəsinin həyata keçirilməsinin arxasında komandanlıq və nəzarət sistemi mövcuddur. İŞİD Avropanı terrorçular ilə doldurub.”, – deyə bildirilir.
Bununla belə qeyd olunur ki, İŞİD kiçik terror aktları törətməklə irimiqyaslı aksiyaların təşkil edilməsi üzrə planlarından əl çəkmir.
Təhlükəsizlik üzrə mütəxəssislərin məlumatına əsasən, İŞİD Avropada ekstremistlərə kontinent üzrə rahat hərəkət etməyə və həmçinin Suriya və İraqdan gəlməyə və lazım gəldikdə oraya yenidən geri dönməyə imkan verən bütöv bir infrastruktur düzəldib.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.