haberL haberR

İŞİD axtarılan şəxslərin siyahısını açıqlayıb: Obama da axtarılır

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 10.06.2015 12:44:05

Usamə Ben Ladeni öldürən Robert Onil də bu siyahıda yer alıb

İslamazeri.az İraq mediasına istinadən xəbər verir ki, ABŞ indiyədək terror təşkilatları liderlərindən bir çoxunu axtarılanlar siyahısına əlavə etmiş və başlarına pul mükafatı qoymuşdu. Bu siyahıya yaxın zamanda dörd terrorçu da əlavə edilmişdi. Onlar arasında İŞİD-in mətbuat katibi Əbu Muhəmməd Adnani və Çeçen Ömər ləqəbli terrorçu da var idi. 

Bu dəfə isə axtarılanlar siyahısını İŞİD terror təşkilatı yayımlayıb. Siyahının başında ABŞ prezidenti Barak Obama yer alır.

Siyahı aşağıdakı formadadır:

- ABŞ prezidenti Barak Obama,
- ABŞ-ın dövlət katibi Con Kerri,
- "Ağ Ev"in mətbuat katibi Cey Karni,
- Usamə Ben Ladeni öldürən ABŞ-ın Xüsusi Əməliyyatlar bölməsinin (Dəniz piyadası) hərbçisi Robert Onil və digər  ordu komandirləri və əsgərləri.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.