İŞİD Azərbaycana 7 gün vaxt verdi - Müraciət
Kateqoriya: Xəbərlər
Yayımlama tarixi: 11.09.2015 12:46:15
10583 dəfə oxunub.

Bu gün İŞİD terror təşkilatı Nyu-Yorkda 11 sentyabr terror aktının 14 illiyi ilə bağlı dünyanın bir sıra ölkələrinin təşkilat, bank və dövlət qurumlarının saytlarına haker hücumu təşkil edib. Hücuma məruz qalanlar sırasında Azərbaycan bankı da var. Belə ki, "Əmrahbank”ın amrahbank.az və amrahbank.com ünvanına hücum edən İŞİD-çilər sayta belə bir müraciət yerləşdirib.
İslamazeri.az-ın AzVision.az-a istinadən verdiyi məlumata görə, müraciətdə qeyd edilir: "Bu, həqiqi yolu izləyənlərdən bütün dünyada olan xaçpərəstlərə bir mesajdır. Biz geri qayıtdıq. Biz sizə müqəddəs 11 sentyabr tarixini xatırlatmaq istəyirik və bildirmək istəyirik ki, yaxın zamanda yenə belə bir hücum olacaq. Və siz bizim dediklərimizi xatırlayacaqsınız. Siz heç vaxt unutmayacaqsınız, elə biz də. Biz uca Allaha and içirik ki, siz bizi rahat buraxmayınca, biz də sizi rahat buraxmayacağıq, biz öz müsəlman ölkələrimizdə sülh görməyənə qədər, siz də öz ölkənizdə sülh görməyəcəksiniz. Bizi getdiyiniz,olduğunuz hər yerdə görəcəksiniz. Sizin saytlarınıza, kredit kartları, kompüter və hətta telefonlarınıza haker hücum edəcəyik. Bu sizin ən qorxulu kabusunuz olacaq, proses artıq başlayıb və heç vaxt bitməyəcək. Bu sadəcə başlanğıcdır. Usamə bin Ladeni öldürməyiniz bizim cihadımızın sonu deyil. Biz hamımız Usaməyik və 11 sentyabr hadisələri dəfələrlə təkrarlanacaq. Usamə bin Laden dediyi kimi: "Allahın izni ilə biz sizin boynunuzu elə sizin torpaqlarda vuracağıq! Ona görə, bunu necə edəcəyimizi gözləyin və siz sonda kimin qalib gəldiyini görəcəksiniz”. Biz sizin xeyli sayda bank, dövlət və hərbi saytlarınıza haker hücumu edib, ciddi və həssas məlumatları əldə etmişik və onlardan bəzilərini dərc edəcəyik. Əgər siz dayanmasanız, biz daha sonra bütün məlumatları dərc edəcəyik” Müraciətdə son olaraq xəbərdarlıq edilib: "Biz müharibəni dayandırmağınız üçün 7 gün vaxt veririk. Əgər siz bunu etməsəniz, sizin ölkələrinizin təhlükəsizliyini təhdid edən məlumatları paylaşacağıq”.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.