haberL haberR

İŞİD bayrağı asan taciklərə 6 il həbs

Kateqoriya: Dünya Yayımlama tarixi: 19.05.2016 16:40:02

Tacikistanda İŞİD bayrağı asan şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

İslamazeri.az-ın "İslam-today"-ə istinadən verdiyi xəbərə görə, Tacikistan məhkəməsi Davron Kurbonovu İŞİD terror təşkilatının bayrağını asmaqda təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrub edib.

Tacikistan texniki universitetinin 21 yaşlı tələbəsi İŞİD bayrağını Duşənbənin şəhər mikrorayonunda asıb. Onun 17 yaşlı cinayət yoldaşı Kudrat Nasrulloyev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Müstəntiqin sözlərinə görə, Davron İŞİD-ə məxsus videolara baxırdı və başqalarına da onlara baxmağa təşviq edirdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.