haberL haberR

İŞİD-dən Bağdadda şiələrə qarşı hücum: Ölən və yaralananlar var (Yeniləndi)

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.09.2016 12:52:07

Kamikadzenin hədəfi əl-Kərrada rayonundakı xəstəxanananın yaxınlığındakı şiə qrup olub.

İslamazeri.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə əsasən, hüquq-mühafizə orqanlarındakı və tibb işçilərindəki mənbədən bildiriblər ki, Bağdadda insanların çox olduğu rayonda baş vermiş partlayışda azı 12 nəfər həyatını itirib, 28 nəfər isə yaralanıb.

Ötən gün axşam saatlarında partlayıcı ilə dolu avtomobil əsasən şiələrin yaşadığı əl-Kərrada rayonundakı maşın parklarının birində partlayıb. Terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürüb.

***

12:52

İslamazeri.az-ın "Reuters"-ə istinadən verdiyi xəbərə əsasən, polis və tibb işçilərində olan mənbədən verilən xəbərə əsasən,  ötən gün axşam saatlarında İraqın paytaxtı Bağdad şəhərində baş vermiş partlayışda azı 9 nəfər həyatını itirib. Terror aktını "İŞİD" terror təşkilatı öz üzərinə götürüb.

Kamikadzenin hədəfi əl-Kərrada rayonundakı xəstəxanananın yaxınlığındakı şiə qrup olub.

Partlayış nəticəsində azı 20 nəfər müxtəlif bədən xəsarətləri alıb. Qurbanların sayı arta bilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.