haberL haberR

İŞİD-dən növbəti vəhşilik; 40-dan çox insan yandırıldı

Kateqoriya: Dünya Yayımlama tarixi: 21.02.2015 15:47:11 4074 dəfə oxunub.

Ənbar vilayətində İŞİD terrorçuları sünni qəbiləsinin 40-dan artıq üzvünü yandıraraq qətlə yetirib

İslamazeri.az-ın “Ria”-ya istinadən verdiyi xəbərə görə, İraqın Ənbar vilayətində İŞİD terrorçuları  sünni qəbilələrinin hərbi birləşməsi olan “Səhva” təşkilatının üzvü olan 43 nəfəri qəfəsə yerləşdirərək yandırıblar.

İraq təhlükəsizlik qüvvələrinin verdiyi məlumatda bildirilir ki, yandırılan 43 nəfər Ənbar vilayətində polis işləyən “Səhva” təşkilatının üzvü olub. Onlar İŞİD tərəfindən bir neçə həftə öncə İraqın Bağdadi şəhərinə hücum zamanı əsir götürülüblər. Əsirlər bir müddət sonra İŞİD nəzarətində olan məntəqəyə gətirilərək qəfəsdə yandırılıblar.

Qeyd edək ki, bir müddət öncə İŞİD terrorçuları iordaniyalı pilot Muaz Kasasbini qəfəsdə yandıraraq qətlə yetirmişdilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.