haberL haberR

"Ləzgi" və Qobustan məscidlərinin bağlanması və İŞİD - Video

Kateqoriya: Ölkə Yayımlama tarixi: 31.07.2016 15:06:34

İçərişəhərdə "Ləzgi" məscidinin təmirə bağlanmasından sonra Qobustanda daha bir sələfi ibadətxanasının bağlanması sosial şəbəkədə etirazlar yaradıb

İslamazeri.az-ın verdiyi xəbərə görə, sosial şəbəkələrdə Qobustanda 30 iyulda sələfilərin ibadət evlərinin bağlanması haqda məlumat yayılıb.

Maraqlıdır ki, istər İçərişəhərdə "Ləzgi məscidi" adlandırılan sələfilərin ibadət evi, istərsə də Qobustandakı ibadət evlərinin bağlanmasına etiraz edənlər öncəki paylaşımlarında İŞİD-ə dəstək verməklə yanaşı, bu terror qruplaşmasına simpatiyalarının olduğunu gizlətməyiblər. Aşağıdakı şəkilə baxmaqla  İŞİD loqosunu paylaşan bu profil sahibinin bu qruplaşmaya simpatiyasının olmasını deməyə kifayət edər.

"Abdullah Lazgivi" adlı profil sahibi "Ləzgi məscidi"nin bağlanması zamanı diqqət çəkən bir video paylaşıb, videoda dövlət tərəfindən təyin edilən şəxsə qarşı təzyiqlər və təkbirlə qorxutmaq cəhdi açıq aşkar görünür. Bu şəxslərin gələcəkdə real-işid və ya digər "Əl Qaidə"yə bağlı terrorçular olacağından kim sığortalaya bilər?

Qobustanda...

P.S. Xəbərin şəkilindəki müəmmaya aydınlıq gətirmək istəyirik. Belə ki, soldakı  şəkil məhz "Abdullah Lazgivi"nin profil şəklidi, bunun mənasını başa düşmədiyimizə görə, bu haqda şərh vermək  istəmirik.

 

Sağdakı şəkil, "Ləzgi məscidi"ndə dövlət rəsmilərinə qarşı qışqıraraq etiraz edən gəncin fotosudur. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.