haberL haberR

İŞİD-ə qoşulanların çoxunun dini bilgisi yoxdur - Araşdırma Mərkəzi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 21.07.2016 18:11:44

İŞİD terrorçularının cəmi 5 faizi din haqqında bilgiyə sahibdir

İslamazeri.az-ın “islam-today” saytına istinadən verdiyi xəbərə əsasən, “New America Foundation”-un İŞİD terror təşkilatının 3581 üzvünə həsr olunmuş məruzəsi işıq üzü görüb. Məruzəyə əsasən, İŞİD-ə qoşulan terrorçuların əksəriyyəti din haqda səthi təsəvvürə sahibdir, orta təhsillidirlər və təşkilat sıralarına qoşulmamışdan öncə heç vaxt əlində silah tutmayıblar.

Belə statistika qruplaşmanın keçmiş üzvünün sayəsində əlçatan olub, hansıki xilafət ideyalarından məyus olduqdan sonra, terrorçular haqda məlumatları  Britaniyanın “Sky News” telekanalına verib. Terrorçuların “dini təhsil səviyyəsinə” gəldikdə isə, məruzəyə əsasən, üzvlərin 55 faizi yalnız səthi biliklərə sahibdirlər, 20 faizin isə orta dini bilgisi var və yalnız 5 faizinin dini bilgiyə sahibdir demək olar.

Məruzənin məlumatları həmçinin göstərir ki, terror qruplaşması iştirakçılarının yarısından çoxu İŞİD-ə qoşulmazdan əvvəl subay olublar, 23 faizin isə ailəsi və uşaqları olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.