haberL haberR

İŞİD-ə terrorçu deməyən "axund", məscid məsələsini siyasiləşdirmək istəyir?

Kateqoriya: Ölkə Yayımlama tarixi: 26.07.2016 10:32:32

Aşur bəy (Ləzgi) məscidində təmir işlərinin aparılmasını icma üzvləri müsbət qarşılamır

İslamazeri.az xəbər verirki, İçərişəhərdə yerləşən tarixi Aşur bəy (Ləzgi) məscidinin təmirə bağlanmasıyla bağlı qərar qəbul edib.

Məscidin imam camaatı Faiq Mustafa isə öncə verdiyi açıqlamalar kimi heç nə ilə razılaşmır.

Belə ki, Azadlıq radiosuna verdiyi müsahibədə o “Fikrimcə, bu bir bəhanədir. Sadəcə bu adla məscidi bağlamaq istəyirlər. Məscidin daxili yaxşı vəziyyətədir. Bu haqda əlimizdə sənəd də var.”, -deyə bildirib.

F. Mustafa hökümətə "ağıl da verib"; o deyib ki, hətta məscid təmirə bağlanacaqsa belə, bu sənədləşdirilməli, təmirin başlanacağı və bitəcəyi tarix açıqlanmalıdır.

Qeyd edək ki, Faiq Mustafa bir müddət öncə verdiyi müsahibə zamanı ölkədəki sünni şiə problemilə bağlı QMİ-nin açıqlamasını heçə sayaraq "Qafqaz Müsəlmanları İdarəsi kimdir ki, bu problemi həll etsin?" demiş, bütün güc strukturlarının əməliyyatlarını hədəfə almışdı. O bu müsahibədə "Hər tərəfdən təzyiq var, Dini Komitədən tutmuş, MTN-ə, Daxili İşlər Nazirliyinə kimi, hamısı təzyiq göstərir. Sünnilərin evinə silah atıb heç nəyin üstündə tuturlar. Gülməli şeylər olur.", -deyə qeyd etmişdi ətraflı.

Onu da qeyd edək ki, məhz ölkəmizdə vəhhabilərin toplaşdığı yerlərə gedib gələn şəxslər Suriya və İraqdakı İŞİD və bu kimi terror şəbəkələrinə Azərbaycandan yüzlərlə şəxs qoşulub.

Xatırladaq ki, İçrişəhərdə başqa məscidlər də təmirə bağlanmışdı. O zaman məscid icmaları  bu qərarı normal qarşılamış, Faiq Mustafa kimi açıqlama verməmişdilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.