haberL haberR

İŞİD əleyhdarı, tanınmış vəhhabi alim İordaniyada həbsdən azad edildi

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.02.2015 3:25:32 4887 dəfə oxunub.

İŞİD-ə qarşı çox sərt açıqlamaları ilə tanınan Şeyx Əbu Muhəmməd Maqdisi İordaniya zindanlarından azad edilib

İslamazeri.az-ın verdiyi xəbərə görə, 2014-cü ilin əvvəllərində azad edilən daha sonra isə 2014-cü ilin oktyabr ayında həbs edilən vəhhabilərdə "cihad alimi" kimi tanınan Şeyx Əbu Muhəmməd Maqdisi İordaniya həbsxanalarından azad edilib.

"Əl-Qaidə"-yə yaxınlığı ilə tanınan Maqdisinin azad edilmə xəbərini  "Reuters"-ə İordaniyada hərbçi mənbə məlumat verib.

Maqdisinin azadlığını onun İŞİD-ə qarşı sərt çıxışlar etməsi göstərilir.

Qeyd edək ki, İordaniya höküməti İordan ordusunun hava qüvvələrinin pilotunu diri-diri yandırmasından sonra İŞİD-ə müharibə edib. Maqdisinin azad edilməsinin yaxın günlərdə İŞİD-ə qarşı İordaniyada sələfilik və ya vəhhabilik yoluyla təbliğata - psixoloji müharibəyə başladılması ilə əlaqələndirirlər.

Xatırladaq ki, 2014-cü ilin yay aylarında Maqdisi İŞİD-ə "azğın dəstə" və "müsəlmanların qanına əli batan" deyərək "İraq Şam İslam Dövləti" adından döyüşənləri İŞİD-dan ayrılmağa səsləmişdi. Sələfi şeyxi bəyanatında: "Bu "xilafət" bütün müdafiəsiz insanlar üçün güvənli və hər müsəlman üçün bir sığınacaq yeri olacaqmı? Yoxsa müsəlmanların başı üstünə bir qılınc olacaq? Mən əminəm ki, Xilafətin elanı bütün İslam Əmirliklərinin yox olmasına yol açacaq və Allah adına cihad edən bütün qrupları səhv saymış olacaqdır",- deyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.