haberL haberR

İŞİD futbola yeni qanunlar tətbiq edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 01.09.2016 16:24:00

İŞİD-in nəzarət etdiyi ərazilərdə FİFA qanunları qüvvədən düşüb.

İslamazeri.az-ın "islam-today"-ə istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatı silahlıları tərəfindən Beynəlxalq Futbol Federasiyası (FIFA) qaydaları ilə futbol matçlarını oynamaq qadağan edilib. Onların öz ərazilərində "ilahi şəri qanunlar" üzərində qurulmuş yeni futbol qaydaları tətbiq olunub.

Suriya İnsan Haqları Müşahidə Məntəqəsinin (SİHMM) xəbərinə görə, terrorçular Deyr-əz-Zor əyalətində FIFA qaydaları ilə oyunların idarə olunmasını qeyri-qanuni və "şəriət" qaydalarına zidd elan ediblər. Məsələn, yeni qaydalara görə oyun zamanı zədələnmiş oyunçu rəqibdən "kompensasiya" almaq hüququna sahibdir ki, bu da şəriətin travma və şikəstlik qanunları ilə üst-üstə düşür.

İşğal edilmiş ərazilərdəki bütün futbol referiləri terrorçuların qoyduğu qaydalar ilə matçları idarə etməlidirlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.