haberL haberR

“İŞİD hazırda İraqın ərazisinin 10 faizindən də az hissəsinə nəzarət edir”

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 22.07.2016 18:15:54

Bu barədə əl-Obeydi öz Twitter-dəki mikrobloqunda yazıb.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, İraq müdafiə naziri Xaled əl-Obeydi bildirib ki, İŞİD terror təşkilatı hazırda İraq ərazisinin 10 faizindən də az hissəsinə nəzarət edir, halbuki daha əvvəl ölkə ərazisinin 40 faizi onun nəzarəti altında idi.

“İŞİD hazırda İraqın ərazisinin 10 faizindən də az hissəsinə nəzarət edir, halbuki bir vaxt o ölkənin 40 faizini tutmağa müvəffəq olmuşdu.” – Vaşinqtonda İŞİD-lə mübaricə üzrə koalisiya ölkələrinin keçirilən konfransında iştirak edən əl-Obeydi öz Twitter-dəki mikrobloqunda yazıb.

Ötən ilin sonunda İŞİD terrorçuları iri Ər-Ramadi şəhərini itirmişdilər. 2016-cı il, iyul ayının sonunda İraq ordusu İŞİD terrorçularının Bağdaddan qərbdə yerləşən əsas dayaq nöqtəsi əl-Fəllucə şəhərini azad edib. Hazırda İraq güc strukturları əməkdaşları Mosul şəhərini tutumağa hazırlaşırlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.