haberL haberR

İŞİD Hələbin yaşayış məntəqələrini atəşə tutub

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 05.04.2016 17:17:44

Ölən və yaralananlar var

İslamazeri.az rus mediasına istinadən xəbər verir ki, İŞİD terrorçuları Hələbdə yerləşən yaşayış məhəllələrini raket atəşinə tutublar. Dinc əhaliyə qarşı olan hücum nəticəsində 14 nəfər ölüb, 50 nəfər isə müxtəlif xəsarətlər alıblar.

“Terroristlər atəşkəs rejimini pozaraq, 20-dən çox raketlə Şeyx-Maqsud məhəlləsini atəşə tutublar. 14 nəfər dinc sakin ölüb, 50 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.” – deyə xəstəxana əməkdaşı bildirib.

Onun sözlərinə görə, 3 yaşayış binası tamamən dağılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.