haberL haberR

İŞİD-i İran sərhədlərinin 40 km-liyindən qayıtmağa vadar edən nə olub?

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.01.2015 10:38:13

İŞİD-in İraqda bir çox əraziləri işğal etməsindən sonra İrana tərəf yaxınlaşması da müşahidə edilmişdi.

Lakin İslam Respublikasının sərhədlərinin 40 km-liyinə çatmış terrorçular dərhal bu ərazidən uzaqlaşmışdılar. Bu məsələnin təfərrüatlarını İranlı generallardan biri açıqlayıb.

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu haqda "İtar-tass"a İranın hərbi generalı Əhməd Rza Purdastan müsahibəsində bildirib.

Onun sözlərinə görə, İŞİD-ə qarşı hazırlıq terrorçuları İran sərhədindən 40 km uzaqlaşmaq məcburiyyətində qoyub.

İran tərəfi terrorçulara açıq-aşkar xəbərdarlıq edərək İrana yaxınlaşacağı təqdirdə hücuma məruz qalacağını bildiriblər.

"İran İslam Respublikasının hərbi əməliyyata başlamaq qorxusu terrorçuları İraqın dibinə qirməyə məcbur etdi"- deyən iranlı general "qırmızı xətt"in tapdalanacağı təqdirdə İranın döyüşə qatılmağa məcbur olacağını bildirib.

Qeyd edək ki, İraq və İran arasında razılığa əsasən İran sərhədlərinə 40 km qalmış "qırmızı xətt" sayılır və İran tərəfi ölkəsinə təhdid olacağı təqdirdə əməliyyata başlaya bilər.
Onu da əlavə edək ki, qeyri rəsmi məlumatlara görə, İŞİD-in İraqın bir hissəsini işğal etdiyi ilk günlərdə İran sərhədlərinə yaxınlaşan terrorçulara məxsus bir neçə hərbi maşın İran ordusu tərəfindən vurulmuşdu.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.