haberL haberR

İŞİD-in "Azəri" briqadasının 40 terrorçusu öldürüldü

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 23.09.2015 21:57:23 8999 dəfə oxunub.

Suriya Hava Qüvvələrinə məxsus təyyarələr Rəqqa şəhərini bombalayıb

İslamazeri.az Suriya mediasına istinadən xəbər verir ki, sentyabrın 21-də Suriya Hava Qüvvələrinə məxsus təyyarələr Rəqqa şəhərini bombalayıb.

Bombardman nəticəsində İŞİD terror təşkilatının 142 terrorçusu öldürülüb. Öldürülən terrorçular İŞDİ-in müxtəlif qollarına məxsus olduğu qeyd edilir.
Bunların içərisində "Xənsa", "Həssəbah", və "Azəri" briqadasına məxsus terrorçular olub. Bildirilib ki, 142 terrorçudan 40-ı "Azəri" briqadasına məxsus azərbaycanlı terrorçular olub. Onların komandiri Əbu Davud da öldürülənlər arasındadır.

Fikrət / İslamazeri

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.