haberL haberR

İŞİD-in "Buldozer" ləqəbli cəlladı İraqda deyil, Suriyada həbs olunub - Foto, Video

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 02.06.2016 19:31:52

Bir müddət əvvəl sosial şəbəkələrdə İŞİD-in "Buldozer" ləqəbli cəlladının İraqda həbs olunması ilə bağlı xəbər yayılmışdı

İslamazeri.az-ın verdiyi xəbərə görə, əslində İŞİD-in "Buldozer" ləqəbli cəlladı Suriyada həbs olunub. Bu haqda Suriya dövlətinə yaxın "Əl Məsdər" agentliyi, o cümlədən İngiltərənin "Daily Mail" qəzeti məlumat yayıb.

Rəsmi Dəməşq tərəfindən təsdiqlənən məlumata görə, 127 kq-liq İŞİD terrorçusu bir neçə gün öncə Suriya ordusunun əməliyyatı zamanı həbs olunub. İngilis qəzeti yazırki, onlarla suriyalını qətlə yetirən, yeniyetmələri əlil buraxan bu şəxs 2014-cü ildən sonra "qanlı şöhrət sahibi" olub.

 

İlk fotolarından birində 52 kq-lıq "Browning" pulemyotu ilə dünya mediasının diqqətini çəkmişdi.

"Buldozer"in yeni halı isə daha çox böyük heyvan leşinin təəssüratını verir...

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.