haberL haberR

İŞİD-in çeçen komandirlərindən biri İraqda öldürülüb

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 06.06.2015 14:43:18

İraqın Bəyci şəhəri ərazisində İŞİD-in çeçen komandiri zərərsizləşdirilib

İslamazeri.az-ın İraq mətbuatına istinadən verdiyi xəbərə görə, “Həşdi Şabi” döyüşçülərinin mətbuat katibi Kərim Nuri bəyan edib ki, İraq ordusu və könüllü briqadalarının Bəyci ərazisində İŞİD-lə döyüşlər zamanı terrorçuların çeçen milliyyətli mühüm komandiri öldürülüb. Öldürülən İŞİD komandirinin adı Əbu Şamil Əl-Şişanidir.

Bundan əlavə, könüllü döyüşçülər İraq ordusu ilə birlikdə Bəyci ərazisini İŞİD terrorçularından tam azad etmək üzrədirlər.

Qeyd edək ki, İŞİD Bəyci döyüşlərindən qaçan terrorçu yoldaşlarını edam edərək qətlə yetirdiyi xəbərləri yayımlanıb. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.