haberL haberR

İŞİD-in Çeçenistan və Dağıstan fəalları İstanbulda yaxalandı (Foto)

Kateqoriya: Dünya Yayımlama tarixi: 22.10.2015 14:05:35

İstanbulda İŞİD terror təşkilatının Çeçen və dağıstanlı səlahiyyətliləri yaxalanıb

İslamazeri.az-ın Türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Terrorla Mübarizə Şöbəsi son iki gün ərzində keçirdiyi əməliyyatlar nəticəsində İŞİD-in çeçen və dağıstanlı üzvlərinin yaxalanması barədə məlumat yayıb.

Anti-terorr əməliyyatları nəticəsində Büyükçekmecə məhəlləsində Məhəmməd Əl Hac adlı çeçenstanlı terrorçu saxlanılıb. Onun yaşadığı evdən 6 ədəd lazer uzaqlıq ölçən cihazı, 3 binokol və bir ədəd teleskop aşkar edilib. Ümumilikdə 13 terrorçu saxlanılıb. Onlar  arasında Dağıstan və Çeçenistandan Suriya və İraqda terror təşkilatları cərgələrinə döyüşmək üçün terrorçu toplayan İŞİD-in bölgə fəalları olub. Yaxlanan dağıstanlıların İstanbulda əməliyyat istintaq tədbirləri bitdikdən sonra deportasiya ediləcəyi bildirilir. 

İŞİD –ın Çeçenistan və Dağıstan fəaları İstanbulda yaxalanıb (Foto)

/haberimaj/habergaleri/8G5R7B8D7O4S.JPG
  1. İŞİD –ın Çeçenistan və Dağıstan fəaları İstanbulda yaxalanıb (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.