haberL haberR

İŞİD-in Əfqanıstan və Pakistan üzrə bölgə liderlərindən Hafiz Səid Xanın öldürüldüyü iddia edilir (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 13.08.2016 15:45:42

İŞİD terror təşkilatı isə Səid Xanın sağ olduğunu iddia edib.

İslamazeri.az-ın "euronews"-a istinadən verdiyi xəbərə görə, Səid Xanın Əfqanıstanın Nənqərhar vilayətində, 26 iyulda Amerika Birləşmiş Ştatlarının pilotsuz uçan aparatla təşkil etdiyi hücumda öldüyü bildirilir.
Xəbəri Əfqanıstanın Pakistandakı səfiri Ömər Zaxilval bildirib. ABŞ Müdafiə Nazirliyi mənbələri iddianı təsdiqləyib, amma rəsmi bir açıqlama verilməyib.
İŞİD terror təşkilatı isə Səid Xanın sağ olduğunu iddia edib.
May ayında Talibanın lideri Molla Əxtər Mənsur Pakistanda yenə PUA vasitəsiylə təşkil olunan hücumda öldürülmüşdü.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.