haberL haberR

İŞİD-in kürd əmiri Mosulda öldürüldü

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 01.08.2015 14:55:11

Həvicə qəsəbəsinə təşkil olunan xüsusi hava əməliyyatında İŞİD-in kürd əmiri Mela Şivan öldürülüb

İslamazeri.az xəbər verir ki, Kürdüstan Bölgəsi Təhlükəsizlik Agentliyindən verilən məlumata görə, iyulun 29-də Mosulun Həvicə qəsəbəsinə təşkil olunan xüsusi hava əməliyyatında İŞİD-in kürd əmiri Mela Şivan öldürülüb.


Mela Şivanın uzun müddət təqib edildiyi, qaldığı ev müəyyən edildikdən sonra koalisiya təyyarələrinə verilən koordinatlar sayəsində xüsusi əməliyyatda öldürüldüyü qeyd edilib. Təhlükəsizlik qaynaqları həmin əməliyyatın iyulun 29-da 17:38 radələrində həyata keçirildiyini, əməliyyatda İŞİD-in Kürd əmiri Mela Şivanla yanaşı bir qrup İŞİD terrorçusunun öldürüldüyünü bildirib.

Əməliyyat zamanı Mela Şivanaya məxsus ev və avtomobil də məhv edilib. O, Ərbildə yerləşən məscidıərdən birində imamlıq edərkən İŞİD sıralarına qatılmışdı. Şivan bir çox videoda Kürdüstan bölgəsini və kürdləri təhdid etmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.