İŞİD-in "maliyyə naziri" qadın həbsxanasının açılışından çıxarkən avtomobilində partladıldı
Kateqoriya: Dünya
Yayımlama tarixi: 24.06.2015 02:41:49
3758 dəfə oxunub.

İslamazeri.az-ın "Rudav"a istinadən verdiyi xəbərə görə, Mosulun girişində İŞİD terrorçu qruplaşmasının "maliyyə naziri" kimi təyin etdikləri Məhəmməd Zalan Əl Afəri öldürülüb.
Bu haqda kürd telekanalına məlumat verən Kürdistan Demokrat Partiyasının Mosul təmsilçisi Səud Mamuzini deyib: "İŞİD terrorçu qruplaşmasının "maliyyə naziri" kimi təyin etdikləri Məhəmməd Zalan Əl Afəri bu gün Mosulun Feysəliyyə məhəlləsində "cihad nikahı"nı qəbul etməyən qadınlar üçün qruplaşmanın tikdiyi həbsxananın açılışında iştirak etdikdən sonra Geyara rayonuna gedərkən, avtomobilinə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 cangüdənilə birlikdə ölüb".
Bu hücumu "Mosul Müstəqil Gəncliyi" adlı qrup öz üzərinə götürüb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.