haberL haberR

İŞİD-in "Nusra"nın içində başıaçıq qadın döyüşçü var" iddiasına görün qarşı tərəf nə cavab verdi? (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 30.03.2015 2:37:01

Bir müddət əvvəl İdlibi ələ keçirən "Nusra Cəbhəsi" terrorçularının video görüntüsü yayılmışdı

İslamazeri.az xəbər verir ki, bir müddət əvvəl İdlibi ələ keçirən "Nusra Cəbhəsi" terrorçularının yayımlanmış video görüntüsündə bir hörüklü başıaçıq qadın döyüşçü diqqət çəkib.

Bu fürsətdən istifadə edən İŞİD terrorçuları digər terrorçu qruplaşma olan "Nusra Cəbhəsi"ni sosial şəbəkələrdə hədəfə alıblar.

İŞİD saytı yazır ki, sosial şəbəkədə "Nusra"çılar bu iddialara belə cavab veriblər ki, o qadın deyil, kişi döyüşçüdür. Hörüklər məsələsini isə,  "Nusra Cəbhəsi" terrorçuları Xəttabın da hörüklərinin olması ilə  ört-basdır etmək istəyiblər. İŞİD portalı hörükdən başqa qadın iddia edilən döyüşçünün qulağında sırğası olmasını da qeyd edib.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.