haberL haberR

İŞİD-in qadın alverçisi İraq polisi tərəfindən arvad paltarında yaxalandı - Foto

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 28.05.2016 10:54:00

Dünya mediasında 2014-cü ildə İŞİD-in "qadın bazarı"yla bağlı video yayılmışdı...

"Bu gün cariyә bazarı günüdür. Satış zamanıdır. Hәr kәs payına düşәni alacaq.Mәn dә aldım."

"Kim cariyәsini satmaq istәyirsә, mәn alacam. Әlbәttә silah әvәzindә verәcәyәm. Gözlәri mavidirsә qiymәti dәyişәcәk."  - bu sözlər 2014-cü ildə İŞİD terror qruplaşmasının əsir tutduqları qız və qadınları satarkən etdikləri söhbətdən bir qismidir. İki il öncə gülə-gülə qadınlara işkəncə və zor tətbiq etməklə islamdan xəbərləri olmayan bir qrup quduzlaşmış bu videonu dünya mediasına ötürülməsini təmin etmiş, İslama qarşı mənfi münasibət, o cümlədən nifrət yaradanların əlində fürsət olmuşdu. Lakin iki ildən sonra qadınları fəxrlə satanlardan biri, daha doğrusu bu yayılan videonun əsas qəhrəmanı özü həbs olunub.

İslamazeri.az-ın İraq mediasına istinadən verdiyi xəbərə görə, İraq polisi İŞİD-in bu "qadın alverçisi"ni yaxalamağa müvəffəq olub.

Belə ki, terrorçu dostları ilə birlikdə qadın paltarında İŞİD mövqelərini tərk etmək istəyiblər. 

İŞİD-in qadın alverçisi İraq polisi tərəfindən arvad paltarında yaxalandı - Foto

/haberimaj/habergaleri/4Y1J3T4V3G0K.JPG
  1. İŞİD-in qadın alverçisi İraq polisi tərəfindən arvad paltarında yaxalandı - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.