haberL haberR

İŞİD-in Tikritdəki "yuva"sı belə partladıldı (Video)

Kateqoriya: İslam Yayımlama tarixi: 07.03.2015 01:24:54

Səlahəddin vilayətinin terrorçulardan təmizlənməsi üçün gedən "Ləbbeyk ya Rəsulallah" şüarlı döyüşlər daha da güclənməkdədir

İslamazeri.az-ın "Əl Qədir" telekanalına istinadən verdiyi xəbərə görə, İraqın Səlahəddin vilayətində yerləşən Tikrit şəhərinin şərq hissəsindəki Kəsib çöllüyündə İŞİD terrorçularının sığınacağına çevrilmiş hərbi baza məhv edilib.

Məlumatda qeyd edilir ki, terrorçuların "yuva"sında çox sayda kamikadze üçün hazırlanmış partlayıcı quraşdırılmış avtomobillər, kustar yolla hazırlanmış partlayıcı qurğular və çox sayda silah-sursat məhv edilib.

Hərbi hissədəki terrorçular da partlayış zamanı həlak olublar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.