haberL haberR

İŞİD-in uğursuz əməliyyatı: 50-dən çox terrorçu öldürüldü

Kateqoriya: Dünya Yayımlama tarixi: 14.10.2015 16:21:11

Terrorçu təşkilata məxsus bir neçə zirehli texnika da məhv edilib

İslamazeri.az-ın "Sol"-a istinadən verdiyi xəbərə görə, İŞİD terror təşkilatının Deyr əz-Zor hərbi hava bazasını geri almaq məqsədilə yenidən təşkil etdiyi əməliyyatda 50-dən çox terrorçu öldürülüb.

Bu səhər həyata keçirilən uğursuz hücum zamanı bazanın cənub qapısına göndərilən iki partlayıcı qurğu yerləşdirilmiş avtomobil hədəfinə çatmadan Suriya ordusu tərəfindən məhv edilib.

Bundan sonra birbaşa hücuma keçən İŞİD-in 30 üzvü öldürülüb, 4 zirehli texnikası da məhv edilib. Terror təşkilatının növbəti həmləsi hərbi hava bazasının şərqindəki kərpic zavoduna olub. Lakin bu hücum cəhdi heç bir nəticə verməyib. Bu hücumda da 22 terrorçu zərərsizləşdirilib, İŞİD-ə məxsus 2 zirehli texnika isə yox edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.