haberL haberR

İŞİD-in yeni hədəfi: Çanaq antennaları, pleyer və televizorlar

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 03.06.2016 10:14:06

İŞİD terror qruplaşması Rəqqa və Mosulda yeni qaydalar tətbiq edib

İslamazeri.az-ın “islam-today” saytına istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşilatı Rəqqa və Mosulda peyk antenalarının məhv edilməsi üzrə əməliyyata başlayıb. Terrorçuların fikrincə peyk antenaları, onların mövqelərinə zərbələrin endirilməsi zamanı orientir kimi çıxış edə bilər.

Bu haqda onlar yaydıqları videoda bildiriblər.Belə ki, onların sözlərinə görə, antenalar havadan zərbələr endirilən zaman istifadə edilə bilər.

Ona görə də, yerli “məmurlar” sakinlərdən mövcud antenaları məhv etməyi tələb edir. Qeyd etmək lazımdır ki, İŞİD antenalarla yanaşı, televizor və videopleyerləri də məhv edir.

Terrorçular ramazan ayının əvvəlinədək antenaları məhv etməyən şəxsləri cəzalandırmaqla hədələyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.