haberL haberR

İŞİD-ın yeni planı: Avropa çimərliklərində terror

Kateqoriya: Dünya Yayımlama tarixi: 19.04.2016 13:52:37

İŞİD Avropa çimərliklərində terror aktları törətmək istəyir

İslamazeri.az Almaniyanın “Bild” agnetliyinə istinadən xəbər verir ki, alman xüsusi xidmət orqanları, Afrikada olan italyan kolleqalarından aldığı məlumata əsasən, İŞİD terror qruplaşması Avropanın çimərliklərində terror aktları törətməyi planlaşdırır.

İtaliya xüsusi xidmət orqanlarının daxili məlumatlarına əsasən, terrorçular özlərini suvenir və içki tacirləri kimi qələmə vermək istəyirlər. Əslində, qruplaşma üzvləri silahlanmış olacaqlar və çimərliklərdə partlayışlar törətməyə hazırlaşırlar. Terror aktlarının törədiləcəyi konkret yerlər kimi İtaliya, İspaniya və Fransanın cənub sahilləri göstərilir.

“Sənədlərdə qeyd edilmiş radikallar ehtimala əsasən, əslən Seneqaldandırlar və özlərini “Boko Haram” terror təşkilatının üzvləri kimi qələmə verirlər”, – deyə qazet yazıb.

Qeyd edək ki, sözügedən silahlı qruplaşma İŞİD terror təşkilatına beyət edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.