haberL haberR

İŞİD İraqda kürd döyüşçülərini xlorlu mərmilərlə atəşə tutub

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 09.05.2016 14:51:29

Hücum nəticəsində 6 kürd döyüşçüsü xəsarət alıb

İslamAzeri.az-ın rus mediasına istinadən məlumatına görə, “Kürdistan vətənpərvərlər ittifaqı” partiyasının saytında bildiriblər ki, İŞİD terrorçuları İraq Kürdistanında aparılan döyüşlər zamanı kürd “peşmərgələrə” qarşı xlorlu mərmilərdən istifadə edib.

“İŞİD qruplaşması əl-Kuveyr rayonunda yerləşən Əbu-Şit kəndi yaxınlığında “peşmərgəyə” hücum edib. Terrorçular kimyəvi preparatlarla doldurulmuş 12 raket buraxıblar”, –deyə peşmərqə nümayəndəsi bildirib. Hücum nəticəsində 6 kürd döyüşçüsü xəsarət alıb.

“KVİ” bildirib ki, terrorçular Kərkük əyalətinin Bəşir kəndinə də xlorla doldurulmuş mərmilərlə hücum edib.

Xatırladaq ki, daha əvvəl mətbuatda İŞİD-in Mosul universitetinin laboratoriyasında xlorlu və digər kimyəvi maddəli mərmilər istehsal etdiyi haqda xəbər yayılmışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.