haberL haberR

İŞİD işğal etdiyi Palmira şəhərində 400 nəfəri edam edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 24.05.2015 22:19:17

Suriyanın antik şəhəri olan Palmiranı işğal edən İŞİD terrorçuları yüzlərlə vətəndaşı edam edib

İslamazeri.az-ın “Sputniknews”-a istinadən verdiyi xəbərə görə, Suriyanın şərqində yerləşən antik Palmira şəhərini işğal edən İŞİD terrorçuları şəhərdə qətliam törədib. İŞİD qadın və uşaqların çoxluq təşkil etdiyi 400 vətəndaşı önlara tabe olmadıqları ittihamı ilə qətlə yetirib.

İŞİD terrorçuları Palmira şəhər xəstəxanası tibb bacısı işçilərinin bölməsinin baş həkimini bütün ailə üzvlərilə birlikdə qətlə yetiriblər. Bundan əlavə, dövlət işlərində çalışan məmurlar da qətlə yetirilib.

Qeyd edək ki, bir həftə ardıcıl İŞİD terrorçularının  hücumlarından sonra Suriya ordusu şəhərdən əhalinin əksər hissəsini və tarixi ekspanatları təxliyə edərək may ayının 20-də Palmira şəhərini (Tədmuru) tərk edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.