haberL haberR

İŞİD Küveytdə terror törədən üzvünün səs yazısını yayımladı (Səs Yazısı)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 29.06.2015 15:05:15

Terrorçu çıxışında Əhli-Beyt(ə) ardıcıllarını dindən çıxmış adlandırır

İslamazeri.az xəbər verir ki, İŞİD terror təşkilatı Küveytdə Əhli-Beyt (ə) ardıcıllarının məscidində terror aktı törədərək 27 nəfərin ölümünə səbəb olan üzvünün səs yazısını yayımlayıb.

Qurandan bir çox ayəyə istinadla davam edən çıxış İŞİD tərəfindən istifadə edilən sosial media hesabları vasitəsi ilə paylaşılıb.

Terrorçu şiələrin "səhv"lərinə diqqət çəkərək, İslama qarşı mövqelərinə görə onlardan intiqam alacaqlarını bildirib.

Qeyd edək ki, iyunun 19-da İmam Sadiq məscidində cümə namazı zamanı baş verən terror aktında şəhid olanların 8-i Nəcəf şəhərinə, bir neçəsinin nəşi isə müqəddəs Kərbəla şəhərinə aparılıb.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.