haberL haberR

İŞİD liderinin müavini öldürüldü

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 24.07.2016 14:22:16

İraq müdafiə nazirliyi Əbubəkr Bağdadinin müavininin ölümündən xəbər verib

İslamazeri.az “Əl Aləm”-ə istinadən xəbər verir ki, ölkə qüvvələrinin Diyalə bölgəsinin şimalında keçirdikləri əməliyyat nəticəsində, İŞİD lideri Əbubəkr Bağdadinin müavini öldürülüb, bir neçə yaxını isə yaralanıb. Bu haqda İraqın Müdafiə nazirliyinin bəyanatında bildirilir.

Bəyanata əsasən, Bağdadinin əl-Muxeysə bölgəsində yerləşən müavini Haşim Nəsif Casim öldürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.