haberL haberR

İŞİD Liviyanın Sirt şəhərində partlayış törətdi: Ölənlər və yaralananlar var

Kateqoriya: Dünya Yayımlama tarixi: 19.08.2016 18:45:12

Artıq avqust ayının əvvəlində şəhərin 70 faizi hökumət qüvvələrinin nəzarəti altındadır.

İslamazeri.az-ın "Reuters"-ə istinadən verdiyi xəbərə əsasən, Liviyanın Siirt şəhərində iki avtomobilin partladılması nəticəsində 12 nəfər həyatını itirib, 60 nəfər isə yaralanıb. Bu barədə Misrata şəhərində yerləşən hospital əməkdaşı bildirib.

Liviya Milli Birlik Hökumətinə (MBH) sadiq qüvvələrin nümayəndəsi Əhməd Hadi daha əvvəl bildirmişdi ki, hadisə Siirtin qərb hissəsində baş verib. Hadisə yerinin birbaşa yaxınlığında hərbçilər olublar. O, həmçinin ehtimal edib ki, partlayışın cavabdehləri İŞİD terror təşkilatı yaraqlılarıdır.

Xatırladaq ki, xüsusən Misrata şəhərindən olan və Liviya MBH-yə sadiq qüvvələr iyun ayından bəri İŞİD terrorçuları tərəfindən işğal edilmiş Siirt şəhərində terrorçulara qarşı vuruşurlar. Bildirilirdi ki, artıq avqust ayının əvvəlində şəhərin 70 faizi  hökumət qüvvələrinin nəzarəti altındadır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.