haberL haberR

İŞİD məscidləri partladıb Rusiyanın üzərinə atmaq istəyir

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.10.2015 11:23:18

Rusiya peyk vasitəsilə görüntülər əldə edib

İslamazeri.az-ın "Sputniknews"a istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov İŞİD terrorçularının Rusiyanın Suriyadakı əməliyyatlarına kölgə salmaq məqsədilə təxribat hazırladığını açıqlayıb.

General-mayor Konaşenkov, "Terrorçuların hazırda Palmira və digər şəhərlərdə təxribat məqsədilə partlayışlar törətmə ehtimlı var. Onlar Suriyada məscidləri partladıb sonra saxta foto və videolarla rus hərbi təyyarələrini günahlandıracaqlar", - deyə xəbərdarlıq edib.

İqor Konaşenkov Rusiyanın əməliyyatlarından qorxuya düşən terrorçuların silah və sursatlarını dinc əhalinin yaşadığı yerlərə, məscidlərə toplamaqla məşğul olduğunu bildirib.

Rusiyanın peyk vasitəsilə əldə etdiyi görüntülərin buna sübut olduğunu vurğulayan Konaşenkov, "Müxalif vətəndaş dinc əhali qalxan olaraq istifadə etməz. Üstəlik, zirehli maşınlarını xalqın ibadət yerlərində toplamaz. Bütün bu hərəkətlər ancaq terrorçuların hərəkətidir", - deyə vurğulayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.