haberL haberR

İŞİD Mosul yaxınlığında iraqlı hərbçilərə qarşı xlor tərkibli kimyəvi silahdan istifadə edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 24.08.2016 10:30:35

İŞİD terrorçuları tez-tez xlor əsasında hazılanmış kimyəvi silahdan istifadə edirlər.

İslamazeri.az-ın "Kürdistan Vətənpərvər İttifaqı" (KVİ) partiyasının media-mərkəzinə istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatı yaraqlıları Mosuldan cənubda yerləşən əl-Kiyarə şəhəri ətrafında hücuma keçən İraq ordusu hissələrinə qarşı qazşəkilli xlor tətbiq edib.

“Terror təşkilatının yaraqlıları qazşəkilli xlor ilə Mosuldan cənubda yerləşən əl-Kiyarədəki İraq qüvvələrinin qərargahını atəşə tutub.”, - deyə hərbi hissə komandiri Əmin Şexani bildirib.

İraq hərbçilərinin itkiləri dəqiqləşdirilir.

İŞİD terrorçuları tez-tez xlor əsasında hazılanmış kimyəvi silahdan istifadə edirlər. Hesab edilir ki, terrorçular bu silahları onlar tərəfindən tutulmuş Mosul Universitetinin laboratoriyalarında hazırlayırlar.

Qeyd edək ki, Mosul İraqın böyüklüyünə görə ən böyük ikinci şəhəridir. 2014-cü ilin yayından bəri şəhər İŞİD terrorçularının nəzarəti altındadır. İraq ordusu, Peşmərgə, şiə, sünni, türkmən və kürd könüllü dəstələri şəhərin azad edilməsi üçün əməliyyat aparırlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.