haberL haberR

İŞİD Mosuldan cənubda yerləşən neft mədənlərini yandırıb

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 10.07.2016 16:01:27

İŞİD terrorçuları Mosuldan cənubda yerləşən neft mədənlərini yandırıblar
İslamazeri.az-ın İraq mediasına istinadən verdiyi xəbərə əsasən, İraq təhlükəsizlik orqanlarından bildiriblər ki, İŞİD terror qruplaşması İraqın şimalında yerləşən Neynəva əyalətinin əl-Kiyara rayonu ərazisində 5 neft mədənini yandırıb.
Bildirilir ki, terrorçular gecə saatlarında Mosuldan cənubda yerləşən əl-Kiyara neft-hasilatı zavodunun yaxınlığındaki 5 neft mədənini yandırıblar, yanmaqda olan mədənlərdən havaya tüstü qalxmaqdadır. Həmçinin terrorçular bu ərazidəki yollara minalar yerləşdiriblər.
Qeyd edək ki, şənbə günü İraq hərbçiləri Mosuldan cənubda yerləşən əl-Kiyara hərbi-hava bazasını İŞİD terrorçularından azad ediblər. Baza azad edildikdən sonra, İraqın baş-naziri Heydər əl-Abadi bildirirb ki,  əyalətin Mosul və digər şəhərləri də  tez bir zamanda azad ediləcək.

Xatırladaq ki, İraqın şimalında yerləşən Mosul şəhəri İŞİD-in ölkə ərazisindəki əsas paytaxtı olaraq qalmaqdadır. İraq ordusu  Neynəva əyalətində əməliyyatlar aparır və əyalərtin mərkəzi Mosul şəhərinin təmizlənməsi üçün hazırlaşır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.