haberL haberR

İŞİD Mosuldan kompyuter və sənədlərini çıxarmağa başlayıb

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 09.08.2016 16:56:13

İŞİD terrorçuları nəzarət etdikləri Mosul şəhərindən kompyuter və sənədləri çıxarmağa başlayıblar.

İslamazeri.az-ın “Shafaq News” agentliyinə istinadən verdiyi xəbərə əsasən, İŞİD terrorçuları nəzarət etdikləri Mosul şəhərindən (İraq, Neynəva əyaləti) kompyuter və sənədləri çıxarmağa başlayıblar.

Mənbənin məlumatına əsasən, terrorçular Mosuldan Suriyanın Rəqqa şəhərinə kompyuterlər və yaraqlılarla qruplaşmanın terror aktları törətmək üzrə planları olan qovluqlar aparılıb. Qruplaşma İraq və beynəlxalq koalisiyanın aviasiyası tərəfindən məşhur komandirlərinin məhv edilməsindən sonra, Mosulda bəzi öz qərargahlarının yerlərini də dəyişib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.