haberL haberR

İŞİD Ramazan ayında İndoneziyada da partlayışlar törədəcəkdi, amma...

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 09.06.2016 19:40:55

İŞİD-in İndoneziyaya dair planının qarşısı son anda alındı

İslamazeri.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə əsasən, İndoneziya polisi İŞİD terror təşkilatı ilə əlaqəli 3 döyüşçünü müqəddəs Ramazan ayında terror aktlarının planlaşdırılması şübhəsi ilə həbs edib.

Agentliyin məlumatlarına əsasən, həbs ötən gün axşam saatlarında Yava adasında yerləşən Surabaya şəhərində baş tutub. Yerli polis nümayəndəsi Boy Rafli Amar bildirib ki, şübhəlilərin saxlanılma zamanı bomba istehsalı üçün maddələr, silah və “kamikadze-kəməri” aşkarlanıb. O həmçinin əlavə edib ki, saxlanılanların hədəfi polislər olub.

“Onlar müqəddəs Ramazan ayında bombadan istifadə edərək hücumlar təşkil etməyi planlaşdırırdılar.”?  – deyə Amar bildirib.

Xatırladaq ki, yanvar ayında İndoneziya paytaxtı Cakartada silsilə partlayışlar baş vermişdi. Polislə terrorçular arasında atışma başlamışdı. Nəticədə iki nəfər həyatını itirmişdi, 5 yaraqlı isə məhv edilmişdi. Cakartadaki terror aktlarının məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.