haberL haberR

İŞİD su anbarına zəhər tökdü - 200 min əhalinin suyu kəsildi

Kateqoriya: Dünya Yayımlama tarixi: 13.07.2015 10:57:58

Hadisədə şübhəli bilinən 5 nəfər həbs edilib

İslamazeri.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, Kosovanın paytaxtı Priştina şəhərinin əhalisinin yarısından çoxunun suyu kəsilib.

200.000-dən çox insanın suyunun kəsilməsinin səbəbi Badovak su anbarının ətrafında dolaşan 5 nəfər olub. Şübhəli şəxslər polis tərəfindən saxlanılıb. Onların İŞİD terror təşkilatının ideoloji üzvü olduğu ortaya çıxıb. Məlum olub ki, terrorçular su anbarına zəhərləyici maddələr qatıb şəhər əhalisini zəhərləmək istəyiblər.

Anonim mənbədən "Reuters"-ə verilən məlumata əsasən, saxlanılan şəxslərdən ikisi keçən il Suriyada İŞİD-ə qatılmaq üçün gedən və qayıdarkən 1 il müddətinə həbs olunub azadlığa çıxan  terrorçular olub.

Kosova təhlükəsizlik orqanlarının bildirdiyinə görə, indiyədək İŞİD terror təşkilatına 200 kosovalı qoşulub. Onlardan 30-dan çoxu öldürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.