haberL haberR

İŞİD tərəfində döyüşən azərbaycanlıların yeni görüntüləri - Video

Kateqoriya: Dünya Yayımlama tarixi: 18.03.2016 16:00:20

Videoda “İŞİD” silahlı qruplaşmasının üzvü “Həmzə” adlı azərbaycanlı xüsusi olaraq təqdim edilir.

Suriyada döyüşlərdə iştirak edən azərbaycanlı terrorçuların yeni videogörüntüsü yayılıb.

İslamazeri.az azvision.az-a istinadən xəbər verir ki, videoda “İŞİD” terrorçu qruplaşmasına daxil olan azərbaycanlı yaraqlıların yeni əməliyyata hazırlaşdıqları görüntülənib.

Videoda “İŞİD” silahlı qruplaşmasının üzvü “Həmzə” adlı azərbaycanlı xüsusi olaraq təqdim edilir. Bundan başqa azərbaycanlılarla birgə Türkiyə vətəndaşları da görüntülərdə əks olunub.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində döyüşlərə başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 150-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.