haberL haberR

İŞİD tərkibində döyüşən daha bir azərbaycanlı tutuldu

Kateqoriya: Kriminal Yayımlama tarixi: 29.09.2015 16:55:08

Onu MTN-in keçirdiyi xüsusi əməliyyat sayəsində tutublar

Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edilib.

İslamazeri.az APA-ya istinadən xəbər verir ki, Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Taleh Mahir oğlu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub.

Aparılan araşdırmalar zamanı onun 2014-cü ildə Suriyaya getdiyi və 3 ay orada qaldığı məlum olub.

Onun barəsində Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.