haberL haberR

İŞİD terrorçuları 98 yaşlı şeyxin başını kəsdilər

Kateqoriya: Dünya Yayımlama tarixi: 20.12.2014 13:16:17 4013 dəfə oxunub.

Başına qılıncla 2 dəfə zərbə endirdilər.

İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, Rakka və ətrafında sayılıb-seçilən şeyxlərdən biri olan 98 yaşlı Şeyx Məhəmməd Əccan əl-Hədid Sufi keçən il İŞİD terrorçuları tərəfindən həbs edilmişdi. Səbəb isə İŞİD-ə beyət etməmək idi.

Şeyxin evi və malları müsadirə olunmuşdu. Terrorçular şeyxdən əfv üçün pul istəsələr də, o bunu qəbul etməmişdi. 
Nəhayət, terrorçular cadugərlik maddəsi ilə şeyxin başının qılıncla kəsilməsi fətvasını veriblər. 

Terrorçular 98 yaşlı şeyxi "Al Nur" məscidinin  qarşısına gətirərək, başına qılıncla 2 dəfə   zərbə endiriblər. Buna baxmayaraq, başı bədənindən ayrılmayıb. Daha sonra  bıçaqdan istifadə edərək şeyxin başını kəsiblər. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.