haberL haberR

İŞİD terrorçuları İraqda jurnalistləri öldürürlər

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.05.2016 2:28:41

İŞİD terror qruplaşması jurnalistləri hədəfə almaqda davam edir

İslamazeri.az  xəbər verir ki, İŞİD terror təşkilatı ötən il ərzində korrespondent və fotoqrafrlarda daxil olmaqla, 20 iraqlı jurnalisti öldürüb.

“Al-Aləm” telekanalının məlumatına əsasən, İraqda mətbuat azadlığı üzrə nəzarət mərkəzinin başçısı Hadi Celumaraacınacaqlı vəziyyətə işarə edərək bildirib ki, artıq ikinci ildir terroçular öz hədəflərinə KİV işçilərini də alıblar.

Ümümdünya mətbuat azadlığı günü münasibətilə dərc edilmiş bəyanatda deyilir ki, bu statistik məlumatlara İŞİD tərəfindən qaçırılmışılarda daxildir.

2003-cü il, Amerikanın İraqı işğal etməsindən bu günədək bu ölkədə 430-dan çox jurnalist və fotoqraf öldürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.