haberL haberR

İŞİD terrorçuları İraqın şimalında 56 nəfəri yandırıb və güllələyiblər

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 08.08.2016 16:56:05

İraqın Kərkük əyalətində yerləşən Havica şəhəri 2014-cü ilin iyun ayından bəri İŞİD terror təşkilatının nəzarəti altındadır.

İslamazeri.az-ın "Al-Arabiya" telekanalına istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatı yaraqlıları İraqın şimalında yerləşən Havica şəhərində 52 gənc insanı yandıraraq və daha 4-ü isə güllələyərək edam ediblər.

Xatırladaq ki, İraqın Kərkük əyalətində yerləşən Havica şəhəri 2014-cü ilin iyun ayından bəri İŞİD terror təşkilatının nəzarəti altındadır. Daha əvvəl terrorçular tərəfindən həyata keçirilmiş digər bir qırğın haqqında xəbər verilmişdi. Həmin qırğında qadınlar və uşaqlar da daxil olmaqla 85 nəfər dinc sakin qurbana çevrilmişdi.

Məlumata əsasən, gənc insanlar şənbə günü axşam saatlarında sakinləri işğal edilmiş şəhərdən qaçmağa təhrik etdiklərinə görə edam ediblər.

Terrorçular insanlara işğal edilmiş əraziləri tərk etməyə qadağan edirlər. Belə ki, onlar İraq ordusu və beynəlxalq koalisiya HHQ-dən qorunmaq üçün dinc sakinlərdən “canlı qalxan” kimi istifadə etməyə ümid edirlər.

BMT-in qaçqınların işi üzrə agentliyi daha əvvəl bildirmişdi ki, avqustun 4-ü İŞİD terrorçuları Havica və onun ətrafından qaçmaq istəmiş təxminən 3 min nəfəri əsir götürüblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.