haberL haberR

İŞİD Tikritdə xlor qazından istifadə edib (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 12.03.2015 17:18:39 3284 dəfə oxunub.

"BBC"-yə göndərilən videolar bunu təsdiq edir

İslamazeri.az-ın "BBC"-yə istinadən verdiyi xəbərə görə, İraq hökuməti Tikritdə İŞİD-lə vuruşan İraq qüvvələrinə qarşı istifadə edilən bombalarda az miqdarda işlənməmiş kimyəvi maddələrin istifadə edildiyini söylədi. 
"BBC"-yə İraq bomba zərərsizləşdirmə qrupları tərəfindən göstərilən videoçarxlarda partlayışdan sonra havaya narıncı tüstü buludunun qalxdığı görüldü.

Bombalarda az miqdarda xlorun istifadə edildiyi və bu miqdarın da açıq havada ölümcül təsiri olmayacağı bildirilib.

Kimyəvi silah mütəxəssisləri xlor qazının psixoloji təsir yaratmaq məqsədilə istifadə edildiyini düşünür.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.