haberL haberR

İŞİD uyğur türklərini terrora səslədi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 07.07.2015 11:20:11

İŞİD terror təşkilatı Sincan-Uyğur vilayətinə səslənib

İslamazeri.az xəbər verir ki, İŞİD terror təşkilatı uyğur dilində yeni video yayımlayıb. 

Təbliğat xarakterli və slayt formasında dəyişən fotolardan ibarət videoda uyğur dilində *naşid oxunur. Oxuyan şəxs uyğurları yaşadıqları yerdən köçərək "xilafət"ə qoşulmağa səsləyir.
Qeyd edək ki, İŞİD terror təşkilatının tərkibində 400-dən çox uyğur türkü terrorçuluq fəaliyyəti ilə məşğul olur. Onlardan ən yaşlısı 80 yaşlı Məhəmməd Əmin adlı terrorçudur.

*Naşid- sinxron səslərdən ibarət təbliğat xarakterli mahnı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.