haberL haberR

İŞİD və tərəfdarlarının arzusu puç oldu; Əbu Əzrail sağ-salamatdır (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 18.03.2015 12:10:29 94093 dəfə oxunub.

İŞİD döyüşçüləri arasında ruh düşkünlüyü yaradan "İmam Əli" briqadasının komandirlərindən olan Əbu Əzrail ləqəbli iraqlı döyüşçünün ölüm xəbəri yalan çıxdı

İslamazeri.az İraq sosial şəbəkə profillərinə istinadən xəbər verir ki, İŞİD döyüşçüləri arasında ruh düşkünlüyü yaradan "İmam Əli" briqadasının komandirlərindən olan Əbu Əzrail ləqəbli iraqlı döyüşçünün ölüm xəbəri yalan çıxıb.

Bu xəbər onun dostları tərəfindən yalanlanıb.

Bundan başqa, Əbu Əzrailin yeni videosu da sosial şəbəkələrdə dünən yayımlanıb.

Qeyd edək ki, İŞİD tərəfdarları fotoşop vasitəsilə Əbu Əzrailin ölməsilə bağlı foto hazırlayıblar. Daha sonra, bu xəbər sosial şəbəkələrdə yayılmış, bəzi media orqanları bu əsassız fotonu və videosu olmayan xəbəri dərc etmişlər.

 

 

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.