haberL haberR

İŞİD WhatsApp-a bənzər mesencer hazırladı

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 17.01.2016 14:38:49

"İraq Şam İslam Dövləti" adlı terrorçu qruplaşma sosial şəbəkələrdə təhlükəsizliklərini itirdiyinə görə, yeni mesencer yaradıblar

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu haqda Qərb Kəşfiyyat orqanlarına bağlı terrorizmlə mübarizə idarəsinin texnologiya sahəsinin mütəxəssisləri məlumat verib.

Məlumata görə, android telefonları üçün nəzərdə tutulan mesencer WhatsApp və ya Telegram-ın xüsusiyyətlərindən bəzisini özündə cəm etsədə, bu iki məşhur  mesencer-proqram kimi qəliz şifrələrə malik deyil.

Terrorçuların son zamanlar istifadə etdikləri mesencer və sosial şəbəkə profillərinin izlənməsi və bloklanmasına qarşı bu addımı atdığı bildirilir.

Əldə olunan digər məlumata görə,  terrorçular üçün bu mesenceri yaradan şəxslərdən biri  rus, digəri isə almandır.

İŞİD terrorçuları "Alrawi" adlı tətbiqi bir neçə dəfə yeniləyiblər.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.