haberL haberR

İŞİD xəvaric terrorçularına qoşulmaq istəyən şəxsi Azərbaycana qaytardılar

Kateqoriya: Region Yayımlama tarixi: 17.11.2015 18:32:53

Azərbaycan hüquq mühafizə orqanları Gürcüstanın hüquq mühafizə orqanlarının köməkliyi ilə İŞİD-ə qoşulmaq istəyən azərbaycanlını saxlayıb

Bu barədə "Maestro" televiziyasına müsahibəsində Gürcüstanın dövlət təhlükəsizliyi xidmətinin rəhbəri Levan İzoriya bildirib. Onun sözlərində görə, Gürcüstan höküməti bütün tədbirləri görür ki, ölkə terrorçular üçün transit olmasın.

"Ötən gün bizim tərəfimizdən verilmiş informasiya əsasında Balakən rayonunda Azərbaycan vətəndaşı saxlanılıb. O, Gürcüstanla sərhədi qanunsuz keçməyə çalışırdı. Məlumata görə, o Azərbaycanı tərk edib İŞİD-ə qoşulmaq istəyirmiş”,- deyə İzoriya bildirib.


Levan İzoriya - Gürcüstanın dövlət təhlükəsizliyinin xidmətinin rəhbəri 


Oktyabrın 26-da “Baki - İstanbul” aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya vətəndaşı saxlanılıb. 

Əməliyyat Azərbaycanın Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilib. Əməliyyat-axtarış tədbiri nəticəsində Sankt-Peterburq şəhər sakini 26 yaşlı Ziyadxanov Əhmədxan İdrisoviç saxlanılıb. 

Azərbaycanda tutulan İŞİD-çi Rusiyaya ekstradisiya olunacaq (anspress)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.