haberL haberR
Terror təşkilatı əlindəki şəhərləri saxlamaq üçün kamikadze hazırlayır

Özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatı İraq ordusunu təhdid edib.

İslamazeri.az-ın anspress.com-a istinadən verdiyi məlumata  görə, İraq ordusunun Fəllucanı İŞİD-in əindən alacağını açıqlaması terror təşkilatını qıcıqlandırıb. İŞİD Fəllucanı 100 kamikadzenin ilə şəhəri qoruyacağını bildirib. 

İraq ordusunun İŞİD-ə qarşı əməliyyatlarda uğur qazanması terrorçuları qorxuya salıb. Belə ki, Bağdadın 40 km qərbində olan Fəlluca həftələrdir İŞİD mühasirəsindədir. Təhlükəsizlik qüvvələri artıq şəhərə girməyi planlaşdırır.

İŞİD-çilər isə Fəllucadakı sakinlərə anonslar edərək insanları güvən verməyə çalışır. Anonslarda 100 kamikadze hazırlandığını və lazım olsa daha çox könüllünün şəhərə gətiriləcəyi bildirilib.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.